Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil etdiyi növbəti onlayn müzakirə Tovuz rayon orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə k
Hərbi
11 İyun , 2021 18:24
Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil etdiyi növbəti onlayn müzakirə Tovuz rayon orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib.

"Report" xəbər verir ki, “Vətənpərvər Azərbaycan Gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda keçirilmiş vebinar 15 İyun-Milli Qurtuluş Gününə həsr olunub.

SHXÇDX-nin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə respublikamız vətəndaş müharibəsindən xilas oldu, dövlətçiliyin məhv olması təhlükəsi aradan qaldırıldı. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində görülmüş işlərə, milli qurtuluşdan tarixi zəfərədək keçilən yola diqqət çəkib.

Vebinarda Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov təmsil etdiyi qurum tərəfindən çağırışaqədərki hazırlıq fənninin tədrisinin, həmçinin metodik vəsaitlərin günün tələblərinə uyğun hazırlanmasının daim xüsusi diqqətdə saxlanıldığını bildirib. Fənnin əhəmiyyətini, çağırışaqədərki hazırlıq işinə verilən önəmi, görülən işləri konkret faktlarla diqqətə çatdırıb.

Azərbaycan Gənclər Fondununnümayəndəsi Seymur Hüseynov gənclərin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, müasir Azərbaycan gənclərinin cəmiyyətin bütün sahələrində fəallığı ilə fərqləndiyini qeyd edib.

Tədbirdə iştirak edən Tovuz rayon Bayramlı, Hunanlar kənd orta məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri Məhəmməd Alıyev, Rəhim Məmmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşidli çağırışaqədərki hazırlıq rəhbərləri ilə təşkil edilmiş görüşə görə minnətdarlıq edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Ceyhun Əliyev gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlər arasında hərbi ixtisaslı mütəxəssis hazırlığının əhəmiyyəti haqqında aparılan işlərdən bəhs edib.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi