Bu il Beynəlxalq Ordu Oyunlarında 30-dan çox ölkə iştirak edəcək

Bu il Beynəlxalq Ordu Oyunlarında 30-dan çox ölkə iştirak edəcək Bu il beşinci dəfə keçiriləcək Beynəlxalq Ordu Oyunlarında 206 komandanın iştirak edəcəyi gözlənilir.
Hərbi
11 Aprel , 2019 15:57
Bu il Beynəlxalq Ordu Oyunlarında 30-dan çox ölkə iştirak edəcək

Bu il beşinci dəfə keçiriləcək Beynəlxalq Ordu Oyunlarında 206 komandanın iştirak edəcəyi gözlənilir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günədək 206 komanda göndərməyə hazır olan 30 ölkə Oyunlarda iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu ilin 3-17 avqust tarixlərində Belarus, Rusiya, Çin, Monqolustan, Qazaxıstan, Özbəkistan, Hindistan, İran, Azərbaycan və Ermənistan ərazisində keçiriləcək Oyunlar çərçivəsində 32 yarış təşkil olunacaq.

Bundan əvvəl Rusiya Oyunlara aralarında ABŞ-da olmaqla 86 ölkəni dəvət etmək niyyətində olduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi