BQXK: "Saxlanılan şəxslərin durumunu öyrənmək üçün 15-dən çox müəssisəyə baş çəkilib"

BQXK: "Saxlanılan şəxslərin durumunu öyrənmək üçün 15-dən çox müəssisəyə baş çəkilib" "Bu ilin yanvar-iyun ayları ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə ilə bağlı saxlanılan şəxslərin saxlanma şəratinin, təqdim olunan müalicənin və məhkəmə təminatlarının monitorinqi məqsədilə 15-dən çox müəssisəyə baş çəkib".
Hərbi
13 Oktyabr , 2021 10:54
BQXK: Saxlanılan şəxslərin durumunu öyrənmək üçün 15-dən çox müəssisəyə baş çəkilib

"Bu ilin yanvar-iyun ayları ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı saxlanılan şəxslərin saxlanma şəratinin, təqdim olunan müalicənin və məhkəmə təminatlarının monitorinqi məqsədilə 15-dən çox müəssisəyə baş çəkib".

"Report" xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, baş çəkmədə əsas məqsəd saxlanılan şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq, onlarla rəftar və saxlama şəraitini yoxlamaqdır.

İ.Hüseynova vurğulayıb ki, həmin müddətdə 260 telefon kartı və ən həssas təbəqəyə daxil olan məhbuslara 287 yardım bağlaması müxtəlif saxlama və həbs yerlərində saxlanılan əcnəbi məhbusların öz vətənlərində qalan ailələrinə zəng edə bilmələri üçün verilib.

Son xəbərlər

Orphus sistemi