Borispol meri: "Partlayış səsləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lara qarşı zərbələr idi"

Borispol meri: "Partlayış səsləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lara qarşı zərbələr idi" Kiyevdə səhər tezdən eşidilən partlayışlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən naməlum pilotsuz aparatlara qarşı həyata keçirilən zərbələr idi.
Hərbi
24 Fevral , 2022 09:05
Borispol meri: Partlayış səsləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lara qarşı zərbələr idi
Volodimir Borisenko

"Kiyevdə səhər tezdən eşidilən partlayışlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən naməlum pilotsuz uçuş aparatlarına qarşı endirilən zərbələr idi".

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Borispol meri Volodimir Borisenko deyib.

O, vətəndaşları təşvişə düşməməyə və yalnız rəsmi mənbələrdən gələn təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarından Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilib. Kramatorskda ən azı dörd, Odessa, Xarkov və Berdyanskda isə bir güclü partlayış baş verib.

Partlayışlar Dnepr çayının sol sahili, Poznyaki və Troeşin rayonları, Borispol qəsəbəsində də qeydə alınıb. Yerli sakinlərin bildirdiyinə görə, Xarkov və Mariupola Rusiya ilə sərhəddən "Qrad" atılır.

Son xəbərlər

Orphus sistemi