Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram tədbiri təşkil olunub

Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram tədbiri təşkil olunub İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramıtədbiri təşkil olunub.
Hərbi
31 İyul , 2020 16:41
Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram tədbiri təşkil olunub

İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

Son xəbərlər

Orphus sistemi