NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib. General-polkovnik K.Vəliyev ko
Hərbi
20 Sentyabr , 2024 16:51
NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.

"Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılmış şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib. Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi