“Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə protokol imzalamaq çox xoşdur”.
“Report”un xəbərinə görə, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyi müəyyən edilib:
“İtkin düşmüş şəxsləri müəyyənləşdirmək mümkündür. Bu sahədə elmi təhqiqatların və texnoloji tətbiqlərin də istifadəsi vacibdir. İtkin düşmüş şəxslərin ailələrinin də bu işdə iştirakı əsas məqamlardandır. Azərbaycanda az müddətdə olmağımıza baxmayaraq, bu gün ciddi görüşlər keçirilib. Sabah isə Azərbaycanın müəyyən laboratoriyalarına baxışlar keçiriləcək”.