Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərəyə yürüş edib

Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərəyə yürüş edib Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.
Hərbi
550
15 Sentyabr , 2021 12:20
Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərəyə yürüş edib

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindən başlayan hərbi yürüş başa çatıb.

“Report"un məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş ediblər.

Yürüşdə 100 hərbçi iştirak edib.

Belə ki, Acıdərə məzarlığında naməlum türk əsgərinin abidəsi üzərinə su səpilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

10.12

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

"Report"un məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər.

Yürüşdə 100 hərbçi iştirak edir.

Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Son xəbərlər

Orphus sistemi