Bakıda “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədi ilə tədbir keçirilib

Bakıda “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədi ilə tədbir keçirilib Bakıda “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədi ilə tədbir keçirilib.
Hərbi
4 İyun , 2019 13:05
Bakıda “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədi ilə tədbir keçirilib

Bakıda “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədi ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, Silahlı Qüvvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Xalq şairi Vahid Əziz, Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev və kursantlar iştirak ediblər.

Əvvəlcə aksiya çərçivəsində hərbi hissələrə səfərlərlə bağlı hazırlanan video-çarx nümayiş olunub.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığını, o cümlədən hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsində bu layihənin əhəmiyyətindən danışıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Bəkir Osmanov aksiyanın orduda hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə böyük dəstək olduğunu bildirib. B.Osmanov 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun xüsusi rəşadət göstərdiyini, qısa müddət ərzində erməni silahlı birləşmələrinin "keçilməzlik" mifinin məhv etdiyini qeyd edib.

Xalq artist Niyaməddin Musayev aksiya iştirakçılarına minnətdarlığını bildirib, bu cür aksiyaların mütəmadi keçirilməsinin orduda döyüş ruhunun daha da yüksələcəyinə əminliyini vurğulayıb.

Müdafiə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin rəisi, general-mayor Rasim Əliyev deyib ki, bu kimi vətənpərvərlik tədbirləri şəxsi heyətin mənəvi tərbiyəsində mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi