​Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq - SİYAHI

​Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq - SİYAHI Eyni zamanda, bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb
Hərbi
9 May , 2016 09:52
​Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq - SİYAHI

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Park;

- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;

- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;

- Zərifə Əliyeva adına park;

- Zabitlər parkı;

- Fəvvarələr meydanı.

Eyni zamanda, bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi