Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir Bakı. 17 aprel. REPORT.AZ/ NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.
Hərbi
17 Aprel , 2018 17:49
Bakıda NATO-nun təlim kursu keçirilir
Mod.gov.az

Bakı. 17 aprel. REPORT.AZ/ NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 25 NATO-ya üzv və tərəfdaş ölkədən 60-dək nümayəndə iştirak edir. Kurs aprelin 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi