Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 2-4-də xilasedicilər üçün "Xəzər-2017" təlimləri keçiriləcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, təlimlərə Xəzəryanı dövlətlərin hamısından 1500-dən çox yanğınsöndürən, xilasedici və 300-dən çox texnika cəlb ediləcək. Təlimlərin məqsədi beynəlxalq xilasedici qruplarının suda və ya quruda fövqəladə halın aradan qaldırılması, gəmilərin qəza törətməsi, yanğınlar, binaların uçması zamanı qarşılıqlı əlaqəli fəaliyyətinin işlənməsidir.