Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir

Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir Tədbir noyabrın 13-də başa çatacaq
Hərbi
233
12 Noyabr , 2014 13:21
Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyətilə dəyirmi masada strateji planlaşdırmanın təşkililə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır.

Tədbir noyabrın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi