Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başlayıb

Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başlayıb Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunur
Hərbi
17 Yanvar , 2018 13:31

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi