Bakıda ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının ekspertləri seminar keçirir

Bakıda ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının ekspertləri seminar keçirir Seminarda Azərbaycan ordusunun hərbi qulluqçuları iştirak edirlər
Hərbi
4 Aprel , 2018 13:17
Bakıda ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının ekspertləri seminar keçirir
Mod.gov.az

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq. 

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan ordusunun hərbi qulluqçuları iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi