Azərbaycanlı hərbçi: “Türkiyə ordusu ilə birgə təlimlərdə iştirak etmək bizim üçün şərəfdir"
- 03 fevral, 2023
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Türkiyə ordusu ilə birgə təlimlərdə iştirak etmək bizim üçün şərəfdir”.
“Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində iştirak edən azərbaycanlı zabit Nicat İsgəndərli deyib.
O, Azərbaycan-Türkiyə qardaşlığının sonsuzadək davam edəcəyinə əminliyini bildirib: “Allah türk ordusunu qorusun”.
Həmçinin Qazaxıstan, Kosovo, Bosniya və Hersoqovinadan olan hərbçilər də təlimlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Qış təlimi-2023” təlimi fevralın 2-də başa çatıb.
Kış Tatbikatı-2023’te görev yapan Kazakistanlı, Kosovalı, Bosna Hersekli ve Azerbaycanlı askerler tatbikatla ilgili görüşlerini dile getirdi. Tatbikatta havancı olarak beraber görev yapan Kosovalı baba-oğulu ağırlamaktan da büyük mutluluk duyduk.#MSB #KışTatbikatı2023 pic.twitter.com/qie7CixP52
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 3, 2023