Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiya Respublikasında səfərdədir.
Hərbi
11 Oktyabr , 2021 17:34
Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiyada səfərdədir.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və.s nümayiş etdirilir.

Sərginin ilk günü Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviçlə görüşü baş tutub. Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Daha sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviç ilə də görüşüb.

Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

“PARTNER-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi