Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək keçirilən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birindən təntənəli yola salınması mərasimi keçirilib.