Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib. “Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Bəhreyn arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Hərbi
13 dekabr 2014
11:28


