Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub
Hərbi
1 İyul , 2015 14:08
Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi