Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Zakir Həsənov Hulusi Akara başsağlığı verib "Sizin acınız bizim də acımızdır".
Hərbi
11 Dekabr , 2020 17:03
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Zakir Həsənov

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyənin Jandarma Baş Komandanlığının hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin".

Son xəbərlər

Orphus sistemi