Zakir Həsənov Belarusun müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov Belarusun müdafiə nazirinə başsağlığı verib Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb
Hərbi
676
21 May , 2021 11:01
Zakir Həsənov Belarusun müdafiə nazirinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Son xəbərlər

Orphus sistemi