Azərbaycanın hərbi gəmiləri İrana gedib - VİDEO

Azərbaycanın hərbi gəmiləri İrana gedib - VİDEO Səfər oktyabrın 7-dək davam edəcək
Hərbi
3 Oktyabr , 2017 16:03
Azərbaycanın hərbi gəmiləri İrana gedib - VİDEO
Mod.gov.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana dostluq səfərinə gedib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi