Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən pakistanlılar saxlanılıb

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən pakistanlılar saxlanılıb Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamət
Hərbi
29 Noyabr , 2022 15:37
Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən pakistanlılar saxlanılıb

Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi