Azərbaycan və Türkiyənin müdafiə nazirləri təlimlərdə silahlara baxış keçiriblər

Azərbaycan və Türkiyənin müdafiə nazirləri təlimlərdə silahlara baxış keçiriblər Daha sonra rəsmilər təlimlərin xəritəsi ilə tanış olublar
Hərbi
11 Fevral , 2021 17:35
Azərbaycan və Türkiyənin müdafiə nazirləri təlimlərdə silahlara baxış keçiriblər

Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” təlimlərini izləyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov daha sonra təlimlərdə istifadə olunan silahlara baxış keçiriblər.

“Report” xəbər verir ki, bu, Türkiyə Milli Müdafiə Nazirliyinin görüntülərində öz əksini tapıb.

Nazirlərlə yanaşı, Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev də silahları nəzərdən keçirib.

Daha sonra rəsmilər təlimlərin xəritəsi ilə tanış olublar.

Qeyd edək ki, fevralın 1-də Qars şəhərində "Qış təlimi-2021" adlı Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Z.Həsənov təlimləri izləmək üçün bu şəhərə gedib. Bu gün Z.Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimlərin Müşahidəçi günündə iştirak ediblər. Fevralın 12-də başa çatacaq təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Son xəbərlər

Orphus sistemi