Azərbaycan və Türkiyənin generalları görüşüb, hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Türkiyənin generalları görüşüb, hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Hərbi
8 Dekabr , 2022 10:05
Azərbaycan və Türkiyənin generalları görüşüb, hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi