Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər.
Hərbi
555
20 Sentyabr , 2021 13:27
Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər.

"Report"un xəbərinə görə, uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Sentyabrın 21-də başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi