Azərbaycan və Türkiyənin dəniz piyadaları terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər

Azərbaycan və Türkiyənin dəniz piyadaları terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.
Hərbi
7 Sentyabr , 2021 11:33
Azərbaycan və Türkiyənin dəniz piyadaları terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Son xəbərlər

Orphus sistemi