​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərin miqyasını genişləndirəcək

​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərin miqyasını genişləndirəcək Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb
Hərbi
20 Dekabr , 2014 15:56
​Azərbaycan və Türkiyə birgə hərbi təlimlərin miqyasını genişləndirəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşlərdə müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunub, iki ölkənin Silahlı Qüvvələri arasında praktiki əməliyyat uyarlığının əldə edilməsi məsələlərinə baxılıb, o cümlədən 2015-ci il ərzində birgə təlimlərin miqyası və əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi