Azərbaycanlı ekspertlər "C-130" təyyarəsinin qiymətləndirilməsində iştirak ediblər

Azərbaycanlı ekspertlər "C-130" təyyarəsinin qiymətləndirilməsində iştirak ediblər Azərbaycan, Qətər və NATO-nun mütəxəssisləri “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində birgə iştirak ediblər.
Hərbi
19 İyun , 2024 21:32
 Azərbaycanlı ekspertlər C-130 təyyarəsinin qiymətləndirilməsində iştirak ediblər

Azərbaycan, Qətər və NATO-nun mütəxəssisləri “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində birgə iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

“İyunun 9-dan 13-dək müttəfiqlərin Ramştayndakı Hərbi Hava Komandanlığının, Neapoldakı Birgə Qüvvələr Komandanlığının, NATO və Azərbaycanın ekspertləri Alyansın əməliyyatları çərçivəsində “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində QSQ-yə (Qətər Silahlı Qüvvələrinə – red.) köməklik göstəriblər”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, əmirliyin silahlı qüvvələrinə məxsus “C-130 Hercules” nəqliyyat təyyarələrindən ikisi 2022-ci ildə İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Alyansın missiyalarına potensial dəstək üçün NATO-nun qüvvələr fonduna daxil edilib”.

Qeyd olunub ki, qiymətləndirmə qrupunda 15 qətərli və 15 NATO mütəxəssisi ilə yanaşı üç azərbaycanlı da iştirak edib. Onlar bölmənin missiyanı yerinə yetirmə bilmə qabiliyyətini nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi