Azərbaycan və Böyük Britaniyanın hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib

Azərbaycan və Böyük Britaniyanın hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Hərbi
17 Fevral , 2021 17:30
Azərbaycan və Böyük Britaniyanın hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi