Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

 Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib Azərbaycan Türkiyə Milli Müdafiə naziri Şuay Alpayı medalla təltif edib.
Hərbi
27 fevral 2024 12:00
 Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib.

Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.

Son xəbərlər

Orphus sistemi