Azərbaycan Tbilisidə keçirilən regional təhlükəsizlik təlimində təmsil olunur

Azərbaycan Tbilisidə keçirilən regional təhlükəsizlik təlimində təmsil olunur Tbilisi. 21 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş regional təlim keçirilir.
Hərbi
21 Yanvar , 2019 18:51
Azərbaycan Tbilisidə keçirilən regional təhlükəsizlik təlimində təmsil olunur

Tbilisi. 21 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş regional təlim keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

İki həftə davam edəcək təlimdə Azərbaycan, Gürcüstan və Ermənistanın müdafiə və təhlükəsizlik sahələrini təmsil edən nümayəndələr iştirak edirlər.

Tədbirin məqsədi təhlükəsizlik sahəsində məlumatlandırılmanın artırılması, yeni təcrübələrin qazanılması və aktual mövzuları müzakirə etməkdir.

Təlim zamanı regionda müdafiə və təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək. Kursu Böyük Britaniyadan olan təlimçilər aparacaq.

Təlim təhlükəsizlik sahəsində mövcud çağırışlar, hərbçilər və vətəndaşlar arasında əməkdaşlıq, strateji planlaşdırma, müdafiənin təşkili, insan resursları, media ilə əlaqələr və digər mövzulara həsr olunacaq.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Castin Makkenzi təlimin açılış mərasiminə qatılıb. O, tədbirin əhəmiyyəti barədə danışıb və iştirakçılara uğurlar arzu edib.

Kurs Böyük Britaniyanın Müdafiə Akademiyası, bu ölkənin Gürcüstandakı səfirliyi və Gürcüstanın Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi