Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, bu gün müsabiqələrdə iştirak edən tankçılarımız bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.

