Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 4-dən 5-dək Brüssel şəhərində (Belçika) İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi üzrə tədbir keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.