Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir Ankarada strateji kommunikasiya kursu keçirilir
Hərbi
23 May , 2016 10:26
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, mayın 23-dən 26-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Türkiyənin Ankara şəhərində strateji kommunikasiya kursu, Latviyanın Riqa şəhərində "Hədəflərdən nəticələrə" mövzusunda konfrans, Bosniya və Herseqovinanın Sarayevo şəhərində "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü keçirilib. 

Bundan başqa mayın 23-dən 28-dək ABŞ-ın Norfolk şəhərində NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək İtaliyanın Neapol şəhərində birgə fəaliyyət strategiyası forumu keçirilir.

Son xəbərlər

Orphus sistemi