Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib Nəcməddin Sadıkov “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” adlı konfransda iştirak edəcək
Hərbi
21 Oktyabr , 2017 16:22
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, N.Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi