Azərbaycan və Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Azərbaycan və Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi cənab Ne
Hərbi
25 Sentyabr , 2024 14:21
Azərbaycan və Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib:

"Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub."

Son xəbərlər

Orphus sistemi