Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas" və "Ehtiyat zabit hazırlığı" kurslarında "Tərbiyəvi işin təşkili" və "Psixoloq" ixtisasları üzrə təhsil alan zabit və kursantlarla görüş keçirilib. Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və
Hərbi
14 İyun , 2023 15:04
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas" və "Ehtiyat zabit hazırlığı" kurslarında "Tərbiyəvi işin təşkili" və "Psixoloq" ixtisasları üzrə təhsil alan zabit və kursantlarla görüş keçirilib.

Bu barədə "Report"a Medafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov şəxsi heyətə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlərin əhəmiyyətindən, eləcə də Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən danışıb.

Görüşdə, həmçinin dinləyicilərə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətləri və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Ordusunda həyata keçirilən islahatlar barədə məlumat verilib.

Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin Azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji hazırlığın təmin edilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi