Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir - VİDEO

Hərbi
  • 01 dekabr, 2017
  • 13:31
Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir - VİDEO
Mod.gov.az

Bakı. 1 dekabr. REPORT.AZ/ Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən,  Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.

Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir - VİDEO

44 filmi