Erməni silahlıları Xocalı və Xocavəndin kəndlərini atəşə tutub

Erməni silahlıları Xocalı və Xocavəndin kəndlərini atəşə tutub Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti ye
Hərbi
21 Fevral , 2022 12:43
Erməni silahlıları Xocalı və Xocavəndin kəndlərini atəşə tutub

Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Son xəbərlər

Orphus sistemi