Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.


