Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi g
Hərbi
157
12 May , 2022 15:05
Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb

Mayın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi