Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir

Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir 2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir. Tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsu
Hərbi
29 Noyabr , 2022 17:08
Azərbaycan Ordusunda Snayper hazırlığı kursu keçirilir

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.

Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi