Azərbaycan ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir

Azərbaycan ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir
Hərbi
16 May , 2018 17:46
Azərbaycan ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ 2018-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.

Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyən ediləcək.