Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli s
Hərbi
9 Avqust , 2020 16:49
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Son xəbərlər

Orphus sistemi