“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.
Hərbi
13985
17 Noyabr , 2020 18:58
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

"Report"un məlumatına görə, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq.

Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi