Bakı. 22 avqust. REPORT.AZ/ Rusiya Federasiyasında "ARMY-2018" beynəlxalq hərbi-texniki sərgisi və "Milli təhlükəsizlik həftəsi" konfransı keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Fuad Məmmədov rəhbərlik edir.Tədbirlər avqustun 26-dək davam edəcək.