Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi helikopterinin məhv edilməsi anının görüntülərini yayıb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi helikopterinin məhv edilməsi anının görüntülərini yayıb "Düşmən helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub"
Hərbi
203
12 Noyabr , 2014 21:13
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi helikopterinin məhv edilməsi anının görüntülərini yayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində Ermənistanın hərbi helikopterinin məhv edilməsi anlarını özündə əks etdirən görüntüləri yayıb. "Report"un Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Son xəbərlər

Orphus sistemi