Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri sona çatıb - VİDEO
- 19 noyabr, 2014
- 09:40
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri sona çatıb. Bu barədə “Report”a Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.
Təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsinin təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib. Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunub.
Azerbaijani military personnel participate in International Anatolian Eagle-2025https://t.co/fHtKbGQXcu#Report #ReportAz #ReportNewsAz #Azerbaijan #Military #InternationalAnatolianEagle pic.twitter.com/7AiYAu5f8T
— Report News Agency (@reportaznews) July 2, 2025